Mahaçqalada yenə partlayış olub

Şəhər mərkəzində avtomobil partlayıb

Mahaçqalada bu gün də səhər tezdən avtomobil partlayıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, partlayış Akuşinsk küçəsində olub və xəsarət alan avtomobilin sürücüsüdür.

Xatırladaq ki, bir neçə gün öncə Dağıstanın paytaxında iki qat terror partlayışı olmuşdu və hadisə zamanı 13 adam ölmüş, 100 adam xəsarət almışdı.