ulduz fali

Günün ulduz falı (06.05.12)

QOÇ
Çətinliklərə baxmayaraq, uğur qazanmaq şansınız var. Düzdür, bunun üçün özünüzü adət etdiyinizdən bir qədər fərqli aparmalısınız. Diqqəti özünüzə cəlb etməyiniz məsləhət deyil. Yaxınlarınızın sizə qarşı kəskin münasibətilə barışmalı olacaqsınız.
BUĞA
Təşkilatçılıq baxımından səmərəli gündür. Bu günə istənilən fəaliyyəti planlaşdıra bilərsiniz. Əmədaşlıqla bağlı təklif alacağınız ehtimal olunur. Maliyyə məsələlərinin həlli və böyük alış-veriş üçün münasib gün deyil. Ünsiyyət üçün isə əlverişli zamandır.
ƏKIZLƏR
Təmkinli olmaq bugünkü münaqişələrdən uzaq durmaq üçün ən yaxşı vasitədir. Ulduzlar sükan arxasında uzaq yola çıxmağı tövsiyə etmir. Ehtimal ki, yolda xoşagəlməz olay yaşansın.
XƏRÇƏNG
Öz maraqlarınızı müdafiə edin, yalnız o halda itkiniz olmayacaq. Düşmənləriniz hücuma keçməyi planlaşdırır, amma narahat olmağa dəyməz, siz bu mübarizəyə tam hazırsınız. Intriqalardan uzaq durun, hiyləyə də əl atmağınız məsləhət deyil.
ŞIR
Pis gün deyil, hərçənd, siz bundan da yaxşısına ümid edirdiniz. Bu gün aldığınız təklifləri dəyərləndirməyə tələsməyin. Buna görə də vacib danışıqları təxirə salın. Fikirləşməyə özünüz üçün vaxt təyin edin. Yaxınlarınız sizin dediklərinizlə oturub-dururlar.
QIZ
Qərar verməyə tələsməyin, gələcəklə bağlı işlərinizi təxirə salın. Bu günə yalnız öz işçilərinizlə bağlı işgüzar görüşləri təyin edə bilərsiniz. Şəxsi müstəvidə vacib qərarların verilməsinə gəlincə, təşəbbüs göstərmədiyinizə görə sizin yerinizə bunu başqaları edəcək.
TƏRƏZI
Neytral gündür. Təəssüf ki, bu gün fikrinizi cəmləməkdə çətinlik çəkəcəksiniz. Qənaətcil olmağınız məsləhətdir, o üzdən də böyük məbləğli alış-verişdən uzaq durun. Günün ikinci yarısı mötəbər məclislərdə əylənmək və ya ictimai tədbirlərdə iştirak etmək üçün münasibdir.
ƏQRƏB
Gün kifayət qədər xoşagəlməz anlar yaşadacaq. Ən çətini isə gərilmiş əsəblərinizin öhdəsindən gəlmək olacaq. Siz həm özünüzə, həm də ətrafdakılara qarşı aqressiv münasibət göstərəcəksiniz. Hətta maksimum mülayimlik nümayiş etdirmək istəyəndə belə, münaqişəyə zəmin yaradacaqsınız.
OXATAN
Bu gün sizin üçün çətin olacaq. Çox ümidlər bağladığınız iş son dərəcə uğursuzluqla nəticələnəcək. Uduzmağınızla barışmaq istəmirsiniz və əvvəlki kimi, situasiyanı dəyişmək ümidilə böyük səy göstərəcəksiniz. Özünüz də bilirsiniz ki, bunun mənası yoxdur. Yaxınlarınız tərəfindən səslənən atmacalara da cavab verməyin.
OĞLAQ
Başqalarına qarşı ədalətsizliyə yol verilərkən siz buna çox həssas reaksiya verirsiniz. Buna görə də başqasının səhvini düzəltməyə və küsdürülənlərə yardım etməyə hazırsınız. Təəssüf ki, bu hərəkətiniz ətrafdakıları qıcıqlandırır və elə özünüzə də sevinc bəxş etmir. Sizi xoşagəlməz seçim qarşısında qoyan yaxınınızla aranızda münaqişə yaşanacaq.
DOLÇA
Gələcəklə bağlı plan qurmaq, real problemləri həll etmək üçün məhsuldar gündür. Bu gün ən mübahisəli məsələyə elə aydınlıq gətirəcəksiniz ki, bütün maraqlı tərəflər razı qalacaqlar. Siz nəinki münasibətləri yoluna qoyacaqsınız, həmçinin çoxdan qırılmış əlaqələri də bərpa edəcəksiniz.
BALIQLAR
Xüsusi qayğı gətirməyən sakit gündür. Əslində, problemlər həmişə var. Lakin bugünkü problemlərinizi həll etməyə çalışarkən bir də görəcəksiniz ki, kimsə onu sizin əvəzinizə edib. Siz gözəl rəhbərsiniz, yeni əlaqələrə girişmək istəmədiyiniz halda, bir neçə nəfər sizinlə münasibət qurmağa can atacaq.