Zaur Baxşəliyev toyunun vaxtını açıqladı (FOTO)

{jcomments off}Milli.Az-ın əməkdaşı ilə söhbəti zamanı ATV telekanalının tanınmış simalarından biri Zaur Baxşəliyev tamaşaçıların səbrsizliklə gözlədiyi toy günü haqqında danışdı: “Nişanlım və həmkarım Günay Qələndərli ilə nə vaxt evlənəcəyimiz ən aktual suallardan olsa da, nəhayət ki, bu xoş günün olacağı vaxtı açıqlamağa qərara gəldim. Çoxlarına məlumdur ki, ötən il avqustda nə qədər çətin olsa da, atamın dünyadan köçməsi ilə barışmalı oldum. Amma həyat davam edir. Böyüklərimizin məsləhəti ilə inşallah, atamın vəfatının ildönümündən sonra, yəni sentyabr ayında subaylığın daşını atacağıq. Allah-Təaladan bütün subaylara xoşbəxtliyimizdən pay düşməsini arzulayıram”, – Baxşəliyev belə dedi.

Teleaparıcı ən özəl günlərində jurnalistlərin iştirak edib-etməyəcəyi haqda ünvanladığımız sualı cavabsız qoydu. Görünür, dəqiq gün seçmədikləri üçün, o, seçim etməkdə tələsmir.