Nyu-Yorkun Con Kennedi aeroportunda iki sərnişin təyyarəsi bir-birinə çırpılıb. Lent.az-ın CBS News-a istinadən verdiyi məlumata görə, aeroportun 4 saylı terminalında “Delta” şirkətinə məxsus Boeing 767 təyyarənin qanadları Türkiyəyə uçmağa hazırlaşan, içərisində 193 sərnişin olan təyyarənin quyruğuna çırpılıb.
Hadisə zamanı xəsarət alan olmasa da, İstanbula uçmağa hazırlaşan təyyarə 3 saat ləngiyib.