Mayın 7-si saat 12:00-da Bakı Şəhər Icra Hakimiyyətinin qarşısında piket keçiriləcək
Ictimai Palatanın Koordinasiya Şurası mayın 7-si saat 12:00-da Bakı şəhər icra hakimiyyəti önündə piket keçirmək qərarı verib. Bu haqda “Turan”a KŞ üzvü Rafiq Manaflı bildirib.
Onun sözlərinə görə, piket Bakı şəhər icra hakimiyyətinin sərbəst toplaşmaq azadlığını pozmasına etiraz olaraq keçirilir. IP mayın 6-da mitinq keçirməyi nəzərdə tuturdu, bununla bağlı Bakı meriyasına göndərdiyi müraciətdə aksiya üçün yerlər də təklif etmişdi. Amma KŞ “20-ci sahə” təklif edildiyi halda həmin məkanda aksiya keçirməyəcəyini bəyan etmişdi. Bakı şəhər icra hakimiyyəti isə aksiya üçün məhz KŞ-nın imtina etməyi nəzərdə tutduğu məkanı göstərib.
Ona görə də KŞ Bakı şəhər icra hakimiyyətini sərbəst toplaşmaq azadlığını pozmaqda ittiham edərək, bu icra qurumu önündə piket keçirməyə qərar verib.


