Dağıstanda daha bir partlayış

Dünən baş verən qanlı terror aktından sonra Dağıstanda sakitlik bərpa olunmayıb. Lent.az-ın “RİA Daqestan”a istinadən verdiyi xəbərə görə, Dağıstanın ən böyük şəhərlərindən olan Buynakskın mərkəzində bina partladılıb. Əldəqayırma bomba ilə partladılan bina “Rosselxozbank”li filialı imiş. İş gününün sonu olduğundan insan tələfatı qeydə alınmayıb.

Dərbənd şəhərində isə güc strukturları şəhərin Boqatırev küçəsində 1985-ci il təvəllüdlü oğlanın üzərində 200 qram trotil aşkar ediblər. Onun üzərindən mobil telefona birləşdirilmiş elektrodetonator da götürülüb. Tutulan şəxsin kimliyi açıqlanmır. İstintaq hazırda onun partlayıcı maddəni haradan və nə məqsədlə aldığını araşdırır.