Yazıçı və kino xadimi, Azərbaycan Ziyalılar Forumunun qurucularından olan Rüstəm İbrahimbəyovun ötən gün “Media forum” saytına verdiyi müsahibə qardaş Türkiyədə də diqqət çəkib. Türkiyənin “Haberx” internet qəzeti müsahibəni Türkiyə türkcəsinə uyğunlaşdıraraq dərc edib. Ondan sonra müsahibə “Mynet haber” saytında da dərc olunub.
“Haberx” müsahibəni bu başlıqla verib: “İbrahimbəyov: cəmiyyət hərəkətə keçməlidir”. “Mynet haber” saytı isə başlıq olaraq R.İbrahimbəyovun “Oskar” mükafatçısı olmasını qabardıb: “Oskarlı rejissordan önəmli açıqlamalar”.
Xatırladaq ki, R.İbrahimbəyovun əvvəlki müsahibə və açıqlamalarında olduğundan da sərt və kəskin, ölkənin problemlərini köklü şəkildə təsvir edən və çıxış yolunu göstərən müsahibəsi “Azadlıq” qəzetinin ötən sayında da tirajlanıb.


