Bakı Dövlət Universitetinin hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.
Hələlik M.İmanlı ilə bağlı konkret ittiham səbəbi açıqlanmayıb.
Məlumata görə, hazırda Korrupsiyaya Qarşı Mübarizə İdarəsində M.İmanlının ifadəsi alınır.
Bakı Dövlət Universitetindən məsələyə şərh vermək istəməyiblər.


