Bəşər Əsəd tələbələri öldürtdürdü

Fərariləri isə əfv etdi…

Suriyada atəşkəs elan olunmasına baxmayaraq, Bəşər Əsəd rejiminin müxaliflərə yönəlik hücumları davam edir. Suriya diktatorunun əmrindəki əsgərlər bu dəfə etirazçı tələbələri qətlə yetirib. Hökumət qüvvələrinin Hələb Universitetində keçirilən etiraz aksiyasına silahlı müdaxiləsi nəticəsində 4 tələbənin öldüyü, 200-dən çoxunun isə həbs olunduğu bildirilir.
Beynəlxalq və daxili təzyiqlər qarşısında özünü islahatçı kimi təqdim etməyə çalışan Bəşər Əsəd əfv fərmanı imzalayıb. Suriya diktatorunun əmri əsgərlikdən yayınanlara və hərbi cinayətlərdə ittiham olunanlara şamil ediləcək. Qanuna görə, ölkə daxilində fərarilik edənlər 90, xaricə qaçanlar isə 120 gün ərzində təhlükəsizlik qüvvələrinə təslim olduqları halda, bağışlanırlar.