Azərbaycandakı qanunsuzluq ərəb mediasında

Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı məlumatlar dünya mediasında geniş yayılır. Bu dəfə “Arab Times” internet qəzeti beynəlxalq təşkilatların hesabatına əsaslanaraq Azərbaycan haqda məqalə dərc edib.
 
Beynəlxalq hüquq müdafiə təşkilatları “Eurovision”u qəbul etməyə hazırlaşan cümə axşamı söz azadlığını və fərqli fikirliliyi boğmaqda günahlandırdılar. Ümumdünya mətbuat günündə “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatları hesabatlarında “Eurovision”u təşkil edən Avropa Yayım Birliyini, Milli Televiziyaların Konfederasiyasını konkret mövqe tutmağa çağırıblar. “Avropa yayım Birliyi söz azadlığının Azərbaycandakı fəlakətli vəziyyətindən danışmalıdır”. İlham Əliyevin başçılıq etdiyi ölkədə jurnalistlər təqib edilir, qorxudulur və döyülür. 
 
“Amnesty İnternational” bildirir ki, 14 siyasi fəal, 2 jurnalist, 2 hüquq müdafiəçisi olmaqla, Azərbaycanda 18 vicdan məhbusu var. “Yeni Azərbaycan Partiyası”nın üzvü Mübariz Qurbanlı isə söz azadlığı ilə bağlı ölkədə heç bir probelmin olmadığını deyir. O, beynəlxalq təşkilatların hesabatlarının obyektiv olmadığını iddia edir. 
 
azadliq.info