Avropa Birliyi Ukraynanı boykot qərarı verdi

Qurumun komissiya üzvlərinin heç biri “Avro-2012”yə getməyəcək

Avropa Birliyinin nazirlər kabinetinin (AB Komissiyası) heç bir üzvü Ukraynanın keçmiş baş naziri köhnə və müxalifət lideri Yuliya Timoşenkonun həbsxanada saxlanması və ona qarşı zorakılıqlara etiraz məqsədiylə bu ölkədə keçiriləcək futbol üzrə Avropa çempionatına getməyəcəyini bildirib.

Avropa Birliyinin Kiyevdəki nümayəndəliyi özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində yaydığı açıqlamada komissiyanın başçısı Joze Manuel Barrozonun “Avro-2012” ilə bağlı addımlarına dəstək verildiyi və onun Ukraynaya gəlməmək niyyətinə bütün komissiya üzvlərinin qoşulduğu vurğulanıb.

azadliq.info