Timoşenko məsələsi Qərbi Ukrayna hakimiyyətinə qarşı qaldırdı
Ukrayna bu ilin yayında keçirilməsi planlaşdırılan futbol üzrə Avropa çempionatına ev sahibliyi edərək avtoritar keçmişini arxada qoyduğunu və Qərb dəyərləri mənimsədiyini göstərmək istəyirdi. Ancaq keçmiş baş nazir Yuliya Timoşenkonun həbsiylə bağlı müzakirələr səbəbindən çempionat Ukraynanın Sovet İttifaqının dağılmasından bu yana yaşadığı ən böyük diplomatik böhrana çevrilib.
Yaranmış qalmaqaldan dolayı çempionatı boykot edəcəyini açıqlayan ölkələrin sayı artır. Son olaraq Avstriyanın Ukraynaya getməyəcəyini açıqlaması Kiyevdə çempionata ev sahibliyi edəcək ilk Sovet ölkəsi olma planları təhülkəylə üzləşib. Avstriya Ukraynda prezidenti Viktor Yanukoviçin ən güclü siyasi rəqibi Timoşenkonun həbsinin siyasi qisas olması səsəbindən çempionatı boykot edən ölkələrin sırasına qoşulub.
Bu cür vəziyyətlərdə təcili və təsirli qərarlar verməməkdə tənqid olunan Avropa Birliyinin Yanukoviçə bu qədər açıq təzyiqlər göstərməsi bir qədər gözlənilməz olub. İsveçin xarici işlər naziri Karl Bildt deyib ki, Avropa ölkələri Yanukoviçə Avropanın və Ukrayna xalqının gələcəyi üzərindəki məhdudiyyətləri qaldırmasına çağırış edirlər. Nazir boykot qərarına qatılıb-qatılmayacağını söyləyməyib.
Almaniyanın xarici işlər naziri Quido Vestervelle isə “Ukraynanın üzünü Avropaya döndərməsi bizim maraqlarımıza uyğundur. Buna görə də Timoşenkoya kömək etməyə çalışırıq” bildirib.
Bu arada Xorvatiya prezidenti İvo Yosipoviç Ukraynanın eks baş naziri Yuliya Timoşenkonun vəziyyəti ilə əlaqədar mayın 11 və 12-də Mərkəzi Avropa ölkələrinin dövlət başçılarının Yaltada keçirilməsi planlaşdırılan sammitini boykot edən altıncı lider olub. Yosipoviçin mətbuat xidməti bu barədə məlumat yayıb. Ukrayna xarici işlər nazirliyindən verilən məlumata görə, Almaniya, Çexiya, Sloveniya, Avstriya və İtaliya prezidentləri artıq həmin sammitdə iştirakdan imtina edib.
Xatırladaq ki, Yuliya Timoşenko 2009-cu ildə Rusiya ilə qaz müqavilələri imzalanarkən vəzifə səlahiyyətlərini aşmaq ittihamı üzrə 7 il həbs cəzasına məhkum olunub. Yuliya Timoşenko aprelin 20-də təcridxanadan xəstəxanaya aparılmaqdan imtina etdiyinə görə döyüldüyünü deyir.
azadliq.info


