Putin Timoşenkonu qəbul etməyə hazırdır

Yeni seçilmiş prezident Vladimir Putin bəyan edib ki, Rusiya Yuliya Timoşenkonu qəbul etməyə hazırdır. Ukrayna höküməti icazə verdiyi halda, o, bu ölkədə müalicə ala bilər. Putin: “Əgər Yuliya Vladimirovna bunu mümkün sayırsa və ukraynalı həmkarlarımız razıdırsa, biz Yuliya Timoşenkonun müalicəsini ona uyğun istənilən tibb müəssəsində apara bilərik”.
 
Daha əvvəl bəzi avropalı siyasətçilər Timoşenkonun vəziyyəti ilə əlaqədar Ukraynada keçiriləcək Avro-2012 futbol çempionatını boykota çağırmışdılar. Putin bu çağırışlara da münasibət bildirib: “Heç bir halda siyasət, biznes məsələlərini idmanla qarışdırmaq olmaz. İdamnı rahat buraxmaq lazımdır. Mən Beynəlxalq Olimpiya Komitəsinin tutduğu – “idman siyasətdən kənardır” mövqeyini dəstəkləyirəm”.  
 
azadliq.info