Bu Hayri Kıvrıkoğlunun Quru Qoşunları komandanı vəzifəsində Azərbaycana ilk səfəridir
Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hayri Kıvrıkoğlunun Azərbaycana səfəri planlaşdırılır. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
İyun ayının əvvəllərinə gerçəkləşəcəyi gözlənilən səfər ordu generalı H. Kıvrıkoğlu Quru Qoşunları komandanı vəzifəsində Azərbaycana ilk səfəridir.
Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc APA-ya səfərə hazırlığın getdiyini təsdiqləsə də, tarixi barədə məlumat verməyib.
Qeyd edək ki, general H. Kıvrıkoğlu 2011-ci ilin avqust ayında Türkiyə Quru Qoşunlarının komandanı vəzifəsinə təyin olunub.