Mayın 11-də piket, mayın 13-də mitinq keçiriləcək
İctimai Palatanın Sumqayıt regional şöbəsi mitinq keçirmək barədə qərar verib. Bu barədə “Yeni Müsavat”a İctimai Palatanın Sumqayıt regional şöbəsinin əlaqələndirmə şurasının üzvü, Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas məlumat verib. Onun dediyinə görə, İP Sumqayıt regional şöbəsi mayın 13-də saat 15-dən 17-dək mitinq keçirilməsinə şərait yaradılması üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət göndərib. Müraciətdə mitinqə Nizami heykəlinin qarşısındakı meydanın, “28 may” və ya “Nərimanov” mədəniyyət evinin qarşısındakı meydanın ayrılması istənilib.
F.Abbas bildirib ki, İcra Hakimiyyəti başqa meydan təklif edəcəyi halda Əlaqələndirmə Şurası müzakirə edib dəyərləndirəcək.