Bakının mərkəzində “Nissan” xəndəyə düşdü: 1 ölü, 2 yaralı

Mayın 1-də Bakı şəhərinin Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 3-cü mikrorayon bazarının qarşısında “Nissan” markalı, 90 LT 920 nömrə nişanlı avtomobil yolda qazılmış çalaya düşüb. Sürətlə gələn avtomobil bir neçə dəfə yuvarlanıb və yol kənarına aşıb.

Qəza nəticəsində “Nissan”ın sürücüsü Anatoliy Lobanov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan iki nəfər isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə aparılıb.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.