2030-da Türkiyə qlobal gücə çevriləcək

Rusiya və Yaponiya XX əsrdə qazandıqları “super güc” statusunu itirəcəklər

Avropa Parlamentinin tələbi ilə AB təşkilatlarının hazırladığı “Qlobal trendlər 2030” hesabatında Türkiyə yüksələn güc kimi göstərilib. Hesabat “cəlb edən və uzaqlaşdıran” faktorları nəzərə alaraq, Türkiyənin gələcəkdə Avropa Birliyi üzvü olması çətin görünür. 40-a qədər ekspertin hazırladığı hesabat 2030-cu ilə çoxqütblü dünya vəd edir. Heç bir ölkə vahid hegemoniya qura bilməyəcək.

Türkiyə üçün bu proqnozlar yazılıb: “NATO, G-20, İslam Əməkdaşlığı Təşkilatı kimi beynəlxalq təşkilatlara üzv olması və ehtimal edilən AB üzvlüyü Türkiyənin beynəlxalq rolunu gücləndirəcək. AB üzvü olma ehtimalı Türkiyənin demokratikləşməsinə və beynəlxalq statusunun artmasına müsbət təsir edəcək. Türkiyə maraqları üçün Yaxın Şərqlə əmədaşlıq edə bilər, ancaq bu AB inteqrasiyasına alternativ olmayacaq. Həll ediləcək problemlər sırasında isə enerji asılılığı, etnik problem, ətraf mühitin çirklənməsi göstərilir”.

Hesabata görə, ABŞ və Çin dünya siyasətinin ən güclü oyunçularına çevrilərkən, Hindistan güclənməyə davam edəcək. Rusiya və Yaponiya XX əsrdə qazandıqları “super güc” statusunu itirəcəklər. 2030-cu ildə Çinin iqtisadiyyatın həcmində Amerikanı geridə qoyacağı xəbər verilir. ABŞ isə hərbi baxımdan dünya lideri olaraq qalacaq.

Türkiyə və İndoneziyanın demokratikləşməsi ilə bərabər, regional gücdən qlobal gücə çevriləcəyi də proqnozlaşdırılır.

azadliq.info