Keçmiş müdafiə naziri Rəhim Qaziyev bir qədər əvvəl videomüraciət yayaraq Şüşanın işğalı ilə bağlı onun haqqında söylən ittihamların əsassız olduğunu bildirmiş və bu yöndə istənilən acı suala cavab verəcəyini bildirmişdi.
Rəhim Qazıyev deyirdi ki, illərdir onun açıqlamaq istədiyi mühum faktları heç kim eşitmək istəmir. “Azadlıq” qəzeti keçmiş nazirə belə bir şərait yaradaraq yaxın tariximizlə bağlı ondan iri həcmli müsahibə alıb.
Müsahibədə Rəhim Qazıyev Şuşanın süqutu ilə bağlı maraqlı faktlar açıqlayıb.
R.Qazıyev müdafiə naziri kimi üzərinə düşən məsuliyyəti inkar etmir, ancaq o, Şuşanın işğalına görə əsl cinayətkarların cəzalanmadığını, əksinə mükafatlandırıldığını iddia edir.
Heydər Əliyevin məqsədli şəkildə işlətdiyi hansı fikirdən sonra rayonlar ard-arda işğal olundu?
Şüşaya hücum ərəfəsində şəhəri qorumağa təhkim olunan komandirin Naxçıvanda nə işi vardı?
“Vətən xaini idimsə Heydər Əliyev mənə niyə vəzifə verirdi?”
“Həbsdəykən əfv olunmağım üçün anamı Heydər Əliyevin qəbuluna aparmaq istəyirdilər”
Şuşanın ətrafında mina sahəsinin ləğv edilməsi barədə kimin qərarı olub?
Bu və başqa ilginc məqamlar haqda “Azadlıq”ın növbəti sayından oxuyun.