“Nutella” şokoladları ilə bağlı daha yeni bir fakt ortaya çıxıb.
Ölkəmizdə xarici şirkətlərin yerli bazarda kifayət qədər fəal olmasına baxmayaraq, bir sıra problemlər özünü göstərməkdə davam edir. AZXEBER.COM-un redaksiyasına şokalad bazarında kifayət qədər tanınmış markalardan olan İtaliyanın “Nutella” şirkəti ilə bağlı şikayətlər daxil olub. Oxucuların ünvanladığı məktuba görə, şirkətin Azərbaycan bazarında satışa çıxarılan məhsulları bədnam qonşumuz Ermənistanda istehsal olunurmuş. Belə ki, məhsulun qabında erməni dilində bir sıra yazılar dərc edilib.
AZXEBER.COM portal məsələnin ictimaiyyət üçün əhəmiyyətli olmasını nəzərə alaraq məsələ ilə yaxından tanış olub. Müxbirlərimizin şəhərin bir neçə satış məntəqələrində keçirdikləri reydlərin nəticəsində məlum olub ki, şirkət Ermənistan üçün istehsal etdiyi məhsulların alıcılar tərəfindən bilinməməsi üçün bir neçə yapışdırıcıdan istifadə edib. Əməkdaşımızla söhbətlərindı market işçiləri də faktı təsdiqləyiblər. Şirkətin nə üçün belə addım atması haqda isə ictimaiyyətə heç bir məlumat verilmir. Adının açıqlanmasın istəməyən market işçisinin portalımıza verdiyi məlumata görə, “Nutella” şirkətinin məhsullarından şikayət günü-gündən artır.