Azərbaycan hökuməti Vaşinqtonda 60 min dolları nəyə xərcləyib
ABŞ-da seçki ərəfəsində namizədlər kampaniyalarına vəsait toplamaq naminə müxtəlif xidmətlər təqdim edirlər. Məsələn, istənilən şəxs Respublikaçılar, yaxid Demokratların atributlarının, yaxid namizədlərin fotolarının əks olunduğu geyim-məişət ləvazimatlarını almaqla, eyni zamanda onların kompaniya fonduna yadım etmiş olurlar.
Yardımın digər forması isə namizədlərin hesablarına yığıncaqlar təşkil etmək, ora mümkün qədər çox nüfuzlu siyasətçi-müğənniləri dəvət etməklə, yığıncağın “qiymətini qaldırmaqdır”.
Prezident və onun ailə üzvləri, eləcə də vitse-prezident ilə fərdi görüş imkanı da də seçki kompaniyalarının sadə amerikalılara bəxş etdiyi üstünlüklərindən biridir. İstənilən şəxs, məsələn, Barak Obamanın seçki fonduna minlərlə dollar ödəməklə, onun özü yaxud komanda üzvləri ilə görüşə bilər.
Ötən həftə Vaşinqtonda toplaşan Azərbaycan hakimiyyətinin təmsilçiləri türk diasporunun da köməyi ilə vitse-prezident Bayden ilə bu sıradan bir görüşə nail olublar. “Turan”ın əldə etdiyi məlumata görə, bu görüşdə iştirak üçün hakimiyyət təmsilçiıəri adambaşına 2.500 – 3.000 dollar ödəməli olublar. (Görüşdə Azərbaycandan azı 20 nəfər olub).
Görüşün təşkilində yaxından səy göstərmiş türk diaspor nümayəndlərindən biri deyib ki, onlar 2012 -ci il kampaniyasında Azərbaycan hakimiyyətinin demokratlarla münasibət qurmaq marağını anlayırlar və “ortaq maraqların görüş zamanı qaldırılması naminə, bu işin birlikdə təşkilində əllərindən gələni etməyə hazırdırlar”.
Bayden ilə 1 saatlıq səhər yeməyində Azərbaycanla Türkiyənin “Şərqlə Qərb arasında tutduğu strateji mövqe”, ABŞ üçün əhəmiyyətləri, enerji və başqa məsələlərdən geniş bəhs olunub.
Digər bir mənbə – belə görüşlərin əleyhdarı olan, Türkiyə müxalifətinin Vaşinqtondakı təmsilçilşəri isə deyiblər ki, 2008-ci ildə Ərdoğan hakimiyyətini təmsilçiləri seçkiöncəsi Barak Obama komandası ilə “bahalı görüşlər” keçirməklə, seçkidən sonra
administrasiyalararsı əməkdaşlığa nail ola biliblər. Bu, Türkiyənin islamçı hakimiyyətini son 4 il ərzində insan haqları və demokratiya məsələsindən Vaşinqtondan sərt tənqidlərlə üzləşməkdən sığortalaya bilib.
Ancaq ötən ilin sonlarına Türkiyədə həbs olunan jurnalistlərin sayı 100-ü keçdikdə, Obama administrasiyası özünü daha artıq saxlaya bilməyib və Türkiyəyə sərt mesajlar göndərib. – Ankaradakı ABŞ səfiri bir neçə dəfə sərt bəyanatları ilə Ərdoğan hakimiyyətinin qəzəbinə tuş gəlib. Hazırda isə Türkiyədə 107 jurnalist həbsdədir.
Azərbaycana gəldikdə, belə görünür, Əliyev hakimiyyəti 2008-ci ildə respublikaçılarla biznes maraqlarını üstün tutaraq, demokratlarla məsafə saxlamasıın ağır nəticələrindən “dərs alıblar”.
“Əliyev daha nüvə sammitlərindən kənarda qalmaq istəmir” türk diasporunu təmsil edən bir mənbə zarafatla deyib.
Buna baxmyaraq, Bayden ilə pullu görüş Administrasiyanın diqqətini dmeokratiyadan yayındırmağa kifayət etməyib. Belə ki, vitse-prezident görüş zamanı Azərbaycanda demokratiyanın inkişafının vacibliyinə açıq şəkildə işarə edib.
Vaşonqton mediası vitse-prezidentin görüşdə səsləndirdiyi aşağıdakı sitatı da dərc edib: “Sizi səhər yeməyində daha artıq sıxmaq istəmirəm. Gözümə birtəhər dəyirsiniz – hamınız oturub mənə tamaşa edirsiniz. Bir az özünüzü rahat hiss edin, mənə dost nəzərləri ilə baxın”.
“Turan”ın daha əvvəl xəbər verdiyi kimi artıq xeyli vaxtdır Azərbaycan hakimiyyətinin Vaşinqtondakı təmsilçiləri prezidentlər Obama ilə Əliyev arasında görüşə nail olmaq üçün qızğın iş aparırlar. Hələ ki, bir nəticə hasil olunmayıb.
Müxtəlif mənbələrin məlumatına görə, İlham Əliyev BMT Təhlükəsizlik Şurasınnın iclasına rəhbərlik etmək üçün mayın 4-də Nyu Yorka səfər edəcək. Prezidentin Çikaqoda NATO sammitində iştirakı və Vaşiqntona ziyarəti Obama ilə görüş imkanına nail olunub-olunmamasından asılı olacaq.