Liviya baş nazirinin cəsədi tapıldı

Avstriya polisi sabiq Liviya baş naziri və Neft naziri Şükrü Qanemin öldüyünü açıqlayıb. Baş nazirin cəsədi Dunay çayında tapılıb. Qanem keçən il vətəndaş müharibəsi zamanı Liviyadan qaçmış, baş nazir vəzifəsinin davam etdirməyəcəyini bildirmişdi. 2003-2006-cı illər arası baş nazir işləyən Şükrü Qanem, 2011-ci ilədək Neft nazii olmuşdu. Vyanada bir şirkətdə məsləhətçi kimi işləyən sabiq nazirin cəsədini təsadüfən keçən bir şəxs aşkarlayıb. Ölümünün səbəbi aparılan istintaqdan sonra bilinəcək.

azadliq.info