Britaniya insan haqlarını pozanlara viza qadağası qoyur

Böyük Britaniya hökuməti qətl və işgəncələr də daxil olmaqla insan haqları pozuntularına yol verən şəxslərin krallığa gəlişinə qadağa tətbiq edib.

“İTAR-TASS”ın yaydığı məlumata görə, qərar Avropa Birliyinə üzv olmayan ölkələrə şamil olunacaq. Rəsmi London ilk dəfə olaraq Britaniya vizası verilməyəcək şəxslərin siyahısını hazırlayacaq. Hər hansı şəxsin insan haqları sahəsində pozuntulara yol verdiyinə dair müstəqil mənbələrdən inandırıcı məlumatlar olarsa, həmin şəxs Britaniya ərazisinə buraxılmayacaq. XİN-dən bildirilib ki, qərarın xarici dövlət başçılarına və nazirlərə aidiyyəti yoxdur.