14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan AXCP sədrinin müşaviri, vicdan məhbusu Sahib Kərimovun vaxtından əvvəl azadlığa buraxılmasına dair müraciətinə baxılıb. Müraciət üzrə məhkəmə prosesi elə cəzaçəkmə müəssisəsində keçirilib.
Qeyd edək ki, Sahib Kərimov və vəkili belə bir müraciətlə məhkəməyə üz tutarkən qanuna əsaslanıb. Qanunvericilik imkan verir ki, o, verilən cəzanın yarısını çəkdiyinə görə artıq azadlığa buraxılsın. AXCP yetkilisi ötən il Ictimai Palatanın keçirdiyi 2 aprel mitinqinə görə iki il azadlıqdan məhrum edilib və verilən həbs müddətinin yarısını çəkib. Lakin məhkəmə Sahib Kərimovun müraciətini təmin etməyib.
S.Novruz


