Prorektorun qətli zamanı açılan daha bir fakt

Tariyel Əhmədovu aldadan MTK sədrinin başqa qurbanlarının siyahısı «Azadlıq»da

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı başlanmış cinayət işinin istintaqı zamanı şok faktlar ortaya çıxması barədə məlumat vermişdik. Bildirmişdik ki, Tariyel Əhmədovun qətlilə bağlı aparılan araşdırmalar zamanı mərhumun evindən onunla “Yüksəliş-C” MTK-nın sədri Cahangir Alıhov arasında bağlanmış müqavilə tapılıb (müqavilənin surəti redaksiyamıza təqdim edilib). Həmin müqavilədə göstərilir ki, Tariyel Əhmədov adıçəkilən MTK-ya məxsus binadan 200 kvadrat metrlik sahə alıb. Sənəddə həmin sahə market kimi qeyd edilib. Tariyel Əhmədov bu marketə görə MTK-ya 368 min 600 manat pul ödəyib. Istintaq bu məsələni araşdırarkən ortaya şok fakt çıxıb. Bəlli olub ki, 2008-ci il noyabrın 20-də Tariyel Əhmədovla müqavilə bağlayan Cahangir Alışov bir gün əvvəl “Yüksəliş-C” MTK-dakı payını Süleyman Tağıyev adlı şəxsə satıb. Bununla əlaqədar kooperativin hüquqi sənədlərini, möhür və ştampını Xaləddin Bağışov adlı şəxsə təhvil verib. Tərəflər arasında təhvil-təslim aktı imzalanıb (aktın surəti redaksiyamıza təqdim edilib).
Qeyd etmişdik ki, istintaq hazırda bu məsələ ətrafında ciddi araşdırma aparır. Onu da vurğulamışdıq ki, Xaləddin Bağışov Respublika Prokurorluğuna müraciət ünvanlayıb. Həmin müraciətdən bəlli olur ki, Cahangir Alışov Tariyel Əhmədovdan başqa daha 24 nəfərlə oxşar müqavilələr bağlayıb.
Dünən həmin şəxslərin adları redaksiyamıza bəlli olub. Beləliklə Cahangir Alışovun Tariyel Əhmədovdan başqa  aldatdığı 24 nəfər şəxs aşağıdakılardır:
1. Babayeva Mərifə – 37 min manat
2. Qurbanov Nəbi – 71 min 876 manat
3. Zeynalova Yeganə – 60 min 450 manat
4. Haşımov Məhəmməd – 94 min 680 manat
5. Kərimov Şakir – 53 min 907 manat
6. Məmmədov Eldar- 85 min 144 manat
7. Məmmədov Eldar – 40 min 800 manat
8. Bərxudayeva Könül – 40 min 800 manat
9. Fərzullayeva Səbinə 22 min 340 manat
10. Kərimov Şakir- 66 min 553 manat
11. Qasımov Zərrintac – 42 min 280 manat
12. Ismayılov Kamran – 27 min 200 manat
13. Babayev Səxavət – 28 min 400 manat
14. Səbzəliyev Qalib – 38 min 160 manat
15. Ömərli Hüseyn – 58 min 720 manat
16. Qasımov Çingiz – 28 min 400 manat
17. Qasımov Çingiz – 33 min 440 manat
18. Qəmbərov Səxavət – 47 min 700 manat
19. Bağırov Fəxrəddin – 50 min manat
20. Muradova Esmira- 42 min 240 manat
21. Əliyev Zaur – 9 min 215 manat
22. Qarayeva Yegan – 25 min manat
23. Faiq – 25 min manat
24. Əhmədov Tariyel 368 min manat
25. Əliyeva Mətanət 3 ədəd saxta sənədlə mənzil verib.