Ölkə prezidentinin təhlükəsizliyinə cavabdeh olan ABŞ-ın Məxfi Xidməti Kolumbiyanın şəhəri Kartaxenadakı skandaldan sonra əməkdaşları üçün qaydaları sərtləşdirib. Yeni qaydalara əsasən xarici ölkədə xidmət zamanı spirtli içkilər içmək, “şübhəli yerlər”i ziyarət etmək, otel nömrəsinə xarici vətəndaş gətirmək qadağan olunur. Bununla yanaşı Məxfi Xidmətin üzvlərinə əxlaqi davranış üzrə xüsusi treninqlər keçiriləcək.
Bu ayın əvvəlində Barak Obamanın mühafizəsini təşkil edən 12 məxfi agent və bir neçə hərbçi fahişələrlə əylənməkdə günahlandırılmışdı. Hal-hazırda Məxfi Xidmət 2011-ci ildə Salvadorda baş verən bənzər insidenti araşdırır.
azadliq.info