Arif Alışlıya qarşı cəzası növü dəyişdirildi
İctimai Palatanın ötən il aprelin 2-də keçirdiyi mintiqə görə həbs edilən AXCP fəalı Aruf Alışlıya qarşı cəza növü dəyişdirilib. Xəzər rayon məhkəməsi onun müvafiq müraciətinə baxıb və cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək barədə qərar verib. Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, A.Alışlı artıq aprelin 28-də Penitensiar Xidmətin tabeçiliyində olan məntəqə tipli cəzaçəkmə müəssisələrinin birinə keçirilib
A.Alışlı 3 Cinayət Məcəlləsinin 233, 186.1,66.3 maddələri ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.