Əli Kərimlinin 47 yaşı tamam oldu

Bu gün AXCP sədri Əli Kərimlinin doğum günüdür.  Əli Kərimli 1965-ci il aprelin 28-də Saatlı rayonunun Azadkənd kəndində anadan olub. 1985-ci ildə hərbi xidməti başa vurub, 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Universitetin fakultə üzrə komsomol katibi seçilib, daha sonra komsomolun buraxılması haqda qərara nail olub. BDU-da AXC-nin şöbəsinin yaradıcılarından biri olub və şöbənin sədri seçilib.
O, tələbəlik illərində həmçinin, demokratik islahatları dəstəkləyən “Yurd” İctimai Birliyinin yaradıcılarından biri və onun rəhbəri olub. 1988-ci ilin noyabrında meydan mübarizəsinə başlayan tələbə hərəkatının liderlərindən olub.
Qarabağ uğrunda döyüşlərdə iştirak edib, tələbələrdən ibarət könüllülər dəstəsinin komandiri olub.
1991-ci ildə BDU-nu bitirkdən sonra bi müddət orada hüquq üzrə müəllim işləyib. 1992-ci ilin mayında Prezidenti Aparatının ərazi-idarəetmə və hakimiyyət orqanları ilə iş şöbəsinin müdiri, bi il sonra isə dövlət katibi vəzifələrinə təyin olunub. 1993-cü ilin 4 iyun qiyamından sonra hakimiyyətin zorla ələ keçirilməsinə etiraz olaraq vəzifəsindən istefa verib.
İstefadan sonra Naxçıvan MR Ordubad rayonunun Kələki kəndinə, orada yaşayan prezident Əbülfəz Elçibəyin yanına gedib. Bir müddət orada qaldıqdan sonra Qərbi Avropa ölkələrinə və ABŞ-a işgüzar səfərlərə çıxıb. 1994-cü ilin may ayında Bakıya qayıdıb və AXC(P)-yə faktiki rəhbərlik etməyə başlayıb.
Əli Kərimli AXC(P) strukturlarında aşağılardan ən yuxarı səviyyəyədək yüksəlib. AXC Ali Məclisinin üzvü, AXC Ali Məclisi sədrinin müavini seçilib. Partiya sədrinin əvvəlcə siyasi məsələlər, daha sonra I müavini vəzifələrinə təyin edilib. 1995 və 2000-ci illərin parlament seçkilərində AXCP-nin proporsional seçki siyahısına başçılıq edib və hər iki dəfə AXCP-dən Milli Məclisin üzvü seçilib.
2001-ci ildən AXCP-nin sədridir.