Co Bayden türklərdən sevgi istədi

“Heç olmasa, özünüzü məni sevirsiniz kimi göstərin”

ABŞ-da keçirilən Türkiyə-Azərbaycan iş adamlarının təşkil etdiyi bir xeyriyyə tədbirində maraqlı hadisə baş verib. Tədbirə qatılan ABŞ-ın vitse-prezidenti Co Bayden tədbir iştirakçılarının diqqətsizliyindən şikayətlənib. Çıxış edən vitse-prezident salondakı etinasızlığı fərq edincə bu sözləri deyib: “Hamınız inanılmaz dərəcədə soyuq görünürsünüz. Ömrümdə qarşısında çıxış etdiyim ən soyuq auditoriyasınız. Heç olmasa, özünüzü məni sevirsiniz kimi göstərin”.

Nitqdə Türkiyənin Avropa Birliyi ilə münasibətlərinə toxunan Bayden AB-nin Türkiyəyə qarşı qapalı olmasından təəəsüfləndiyini də bildirib.  “Ankara bizim ən önəmli müttəfiqlərimizdən biridir. Türkiyəni bu iqtisadi birliyə tam qəbul etmədiyinə görə Avropalı müttəfiqlərimizin bəzilərini çox tənqid edirəm”.

Suriya mövzusunda mövqelərinin Rəcəb Tayyip Ərdoğanla eyni olduğunu qeyd edən Bayden “Heç kim “Ərəb Baharı”nın gələcəkdə bir qışa çevrilib çevrilməyəcəyini bilmir. Ancaq Türkiyə höküməti ilə əməkdaşlıq etmədiyimiz məsələlərdə heç nəyin alnmayacağını bilirik”.
Amerikadakı Türkiyə və Azərbaycan təşkilatları Barak Obamanın 24 aprel erməni “soyqırımı” ilə bağlı çıxışına etiraz məktubu da yollayıblar.

azadliq.info