Bakıda sərnişin avtobusu aşıb: 4 yaralı

Bu gün saat 12.20 radələrində Biləcəri yolunda sərnişin avtobusunun aşması nəticəsində 4 nəfər yaralanıb.

Biləcəridə yerləşən Respublika Dəmiryolu Xəstəxanasından APA-ya verilən məlumata görə, yaralılar ilkin olaraq bu xəstəxanaya gətirilib. Onlar ilkin tibbi yardım göstərildikdən sonra profil üzrə digər xəstəxanalara göndəriliblər.

Xatırladaq ki, bu gün Azərbaycan paytaxtında 93 saylı marşrutda işləyən “Daewoo” markalı sərnişin avtobusu aşıb. Hadisə “20 yanvar” metro stansiyasından Biləcəri qəsəbəsinə gedən yolda, “Lukoyl” yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib. Respublika Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Hadisə zamanı ölən olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.