«Dünənə qədər, hakimiyyətdən məhrum zəka yəhudi xalqına faciələr gətirirdisə, bu gün zəkadan mərhum hakimiyyət Israil kimi dövləti fəlakətə sürükləyir»
(Dominik Mouzi, Fransa beynəlxaq əlaqələr insitutunun xüsusi məsləhətçiçi)
1947-ci ilin dekabrında SSRI xarici işlər nazirinin müavini Andrey Qromıko BMT Baş Assambleyasının xüsusi sessiyasında belə bir bəyanatla çıxış etdi: “Qərbi Avropanın heç bir fövqəldövlətinin yəhudi xalqının elementar hüquqlarını qoruya bilməməsi, yəhudilərin öz dövlətini yaratmasını zəruri edir. Onları bu hüquqdan məhrum etmək ədalətsizlikdir”.
1948-ci ilin sentayabrında füsunkar Qolda Meyir artıq Israilin SSRI-dəki ilk səfiri idi. Düzdür, Sovetlər Birliyi çox keçmədi “peşman” oldu, Israilin qonşularını silahlandırdı, uzunmüddətli savaş başlatdı. 80-ci illərin sonunda zəifləmiş imperiya bu niyyətindən əl çəkdi.
Artıq Yer kürəsində yaşayan 15 milyon yəhudinin təxminən 40 faizə qədəri Israildə yaşayır.
Dostumun düşməni – düşmənimin dostu…
Hazırda Israil-Azərbaycan münasibətlərində fəallıq müşahidə olunur. Lakin bir nömrəli strateji müttəfiqimiz olan Türkiyə Israillə münasibətlərin ən gərgin dövrünü yaşayır. 2010-cu ildə Qəzza şəhərinə humanitar yük aparan türk gəmiləri yəhudi hərbçilərinin silahlı basqınına məruz qaldı, 9 sərnişin öldürüldü.
Aviasiya zərbələrindən müdafiə sığınacaqları üçün nəzərdə tutulmuş sement kisələrini Israil əsgərləri dənizə tökdü. Rusiyanın ən böyük “demokratı”, “Exo Moskva” radiostansiyasının baş redaktoru A.Venediktov isə, türklərə ironiya ilə “sement əvəzinə pampers aparmağı” məsləhət görməklə, “əvvəl yəhudi, sonra demokrat olurlar” deyənlərə haqq qazandırdı.
Torpaqlarımızın erməni ordusu tərəfindən işğalı, xarici siyasətimizdə istər-istəməz korrektələri zəruri edir, istənilən ölkənin Ermənistanla münasibətlərini incələmək zorundayıq.
Israilin Türkiyə və Ermənistanla olan fərqli münasibətləri, etiraf etməliyik ki, Azərbaycanda birmənalı qarşılanmır. Bəli, iki ölkə rəhbərliyi səviyyəsində isti münasibətlər mövcuddur, amma Türkiyə ilə gərgin, Ermənistanla mehribançılıq, Dominik Moizinin təbirincə desək, “siyasi qumarbazlıqdan” başqa bir şeyə bənzəmir. Israil Türkiyə və 30 milyon azəri türkünün yaşadığı Irana qarşı müttəfiqlər axtarışında olduğunu gizlətmir. Ermənistan və Yunanıstanla nəzərdə tutulan hərbi-siyasi alyansın açıq şəkildə Türkiyəyə qarşı olduğunu da gizlətmirlər.
YAP-ın, yoxsa Azərbaycanın dostu?
Bəs Azərbaycanla “mehribançılığın” altında nələr yatır?
Təl-Əvivdə yerləşən Şərqi Avropa və MDB ölkələri insitutunun direktoru, Demokratik Seçki Partiyasının liderlərindən Aleksandr Singeri dinləyək: “Azərbaycanla əməkdaşlıq müsəlman ölkələri ilə əməkdaşlıq konsepsiyamıza daxildir, biz dünyaya sübut edirik ki, istənilən müsəlman dövləti ilə dostluq edə bilərik. Beləliklə, Israil, Iran ətrafında özünə dost ölkələrdən ibarət… özünəməxsus(!) ”həlqə” yaradır”.
Cənab Singerin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri isə, Azərbaycana təhqirdən savayı bir şey deyil. Buyurun dinləyin: “Qarabağ ermənilərinin tərəf kimi danışıqlarda iştirak etməməsi bu prosesin iyrəncliyidir”. Növbəti açıqlamasını isə… heç erməni siyasətçiləri belə deməyə cürət etmirlər: “Rəsmi Bakı artıq anlamalıdır ki, elə ərazilər var ki, bir daha Azərbaycana məxsus olmayacaq”.
Singer daha sonra bizi Fələstinə, Ermənistanı isə Israilə bənzədərək Qarbağdakı hazırkı təmas xəttinin Qarabağın real sərhədləri kimi(!) tanınmasının vacibliyini qeyd edir. Anoloji təmas xətti, 1967-ci ildə Israillə Fələstin arasında “yaradılıb”.
Xatırladaq ki, Israilin yanacağa olan tələbatının 30 faizindən çoxu Azərbaycanın payına düşür…
…Hər il Ermənistanda Holokost qurbanlarına ucaldılmış abidəni ermənilər təhqir edir, hər dəfə də ölkənin baş ravvini Rabbi Burşteynin bu vandalizmə münasibəti bu sözlərlə qurtarır: “Baş verənlər dəhşətdir, lakin erməni və yəhudi xalqının münasibətləri gözəldir(!)”.
Amerikadakı YAP aşiqi olan səfirimiz demişkən, “xarici siyasətdə inkişafı görməyən gözlər, kor olsun”.
Siyasət məgər körpüdür, gözlə görülə?!.