Mübarək ölüm ayağında

Misir diktatorunun səhhəti yenidən pisləşib, onun öləcəyi ilə bağlı iddialar dolaşır

Xalq etirazları nəticəsində devrilən Misirin keçmiş diktatoru, hazırda xüsusi rejimli həbsxananın tibb bölməsində müalicə alan Hüsnü Mübarəkin səhhəti yenidən pisləşib. Bu barədə Misir mətbuatı məlumat yayıb. Dolaşan xəbərlərə görə, devrilmiş diktatorun səhhəti hər gün pisliyə doğru dəyişir. Hətta belə davam edəcəyi təqdirdə Hüsnü Mübarəkin öləcəyi ilə bağlı da iddialar yayılıb.
Hazırda həbsdə olan Misirin sabiq diktatoru xüsusi tipli xəstəxanada müalicə alır. 84 yaşlı Mübarək Misir inqilabı zamanı dinc sakinlərə atəş açmaq barədə əmr verməkdə ittiham olunur. Əsrin işi adlanan məhkəmə prosesi bir neçə müddətdir davam edir və Mübarək məhkəmə zalına xərəkdə gətirilir. Misir prokurorluğu isə onun ölüm hökmünə məhkum olunması barədə məhkəmə qarşısında vəsadət qaldırıb. Diktatorla yanaşı onun iki oğlu və rejimin keçmiş nazirləriylə birlikdə yüksək vəzifəli təhlükəsizlik rəsmiləri də eyni maddə ilə ittiham olunur.