Gəncədə son zamanlar az qala adi hala çevrilən qəribə hadisələrdən biri baş verib. 29 yaşlı qadının üzərində aparılan əməliyyat zamanı cərrahlar onun mədəsinin əməlli-başlı metal tullantılarından ibarət olduğunu görüblər. Ağstafanın Qırlı kənd sakini Əsmər Əmiraslanovanın mədə-bağırsağından 16 ədəd məişət mismarı, əyilmiş vəziyyətdə bıçaq, ülgüc qırıqları, əyilmiş dəmir parçaları və şüşə qırıqları çıxarılıb.
29 yaşlı Əsmər Əmiraslanova 4 saatdan çox çəkən cərrahiyə əməliyyatdından sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşidirlib. Onun həyatına təhlükə yoxdur.
Həkimlərin sözlərinə görə, 29 yaşlı qadının ruhi-əsəb pozğunluğu keçiridiyi guman edilir. Pasiyentin yaxın 2 günə palataya köçürəcəyi deyilir.
Həkim-cərrah Cəlal Zeynalov deyir ki, mədə və bağırsaqda yad cisimlərin aşkar olunduğu hal ilk dəfə deyil və adətən yad cisimlər mədə-bağırsağında narahatlıq yaratmayana qədər pasiyentin səhhətinə elə də ciddi təsir etmir (ans press).