Suriyada atəş davam edir

Atəşkəs planına baxmayaraq, Suriya hökümət qüvvələri Hama şəhərini atəşə tutmağa davan edirlər. Siyasi fəalların verdiyi xəbərə görə, ən azı 7 nəfər öldürülüb. Hama şəhərinin yaxınlığında güclü partlayış baş verib. Rəsmi məlumatlar partlayışın müxalifətçilərin partlayıcı maddə ilə ehtiyatsız davranması nəticəsində baş verdiyini iddia edirlər. Hadisə nəticəsində 16 nəfər ölüb.

Suriya müxalifətinin iddiasına görə, partlayış zamanı 50 nəfər həlak olub. Səbəb kimi artileriya atəşə göstərilir. “Syrian Observatory Human Wrights” hüquq müdafiə təşkilatı insidenti araşdırmaq üçün beynəlxalq ictimaiyyətə müraciət edib. Hla-hazırda Suriyada BMT-in göndərməyi planlaşdırdığı 300 müşahidəçidən ancaq 10-u var.

azadliq.info