Təl-Əviv Bakıdan vasitəçilik etməsini istəyib
Türkiyə mətbuatında Israilin xarici işlər naziri Aviqdor Libermanın ölkəmizə səfərilə bağlı maraqlı məlumat yayılıb. “Dünya bülleteni” saytının yazdığına görə, ekspertlər Libermanın Bakı səfərilə bağlı məlumatların mümkün qədər məxfi saxlanılmasının səbəbi kimi, Iran-Azərbaycan gərginliyinin artmasını göstəriblər. Xəbərdə o da vurğulanır ki, Liberman rəsmi Bakının Ərəb-Israil probleminin həlli prosesində vasitəçilik etməsini də istəyib.
Yayılan xəbərlə bağlı Azərbaycan Xarici Işlər Nazirliyinin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı. Nazirliyin sözçüsü Elman Abdullayevlə əlaqə saxlasaq da, o, yayılan məlumat haqda xəbərsiz olduğunu bildirdi və informasiyanın yazıldığı məqalənin linkini ona göndərməyimizi istədi. Elman Abdullayevin istədiyi kimi, linki ona göndərsək də, sonradan onunla yenidən əlaqə yaradıb mövqeyini öyrənmək cəhdimiz nəticə vermədi.
Informasiya şöbəsi