6 il sonra Rusiya ordusunda müqavilə əsasında qulluq edənlərin sayı 85%-ə çatacaq. Bu haqda jurnalistlərlə müsahibəsində Rusiya prezidenti Dmitriy Medvedev bildirib. Çağırış əsasında xidmət keçən əsgərlərin sayı 2018-ci ildə 15% olacaq.
2011-ci ilin dekabrında Medvedev bildirmişdi ki, 2017-ci ildə müqavilə əsasında qulluq edənlərin sayı 425 min nəfərə çatacaq. Hal-hazırda Rusiya Silahlı Qüvvələrinin ümumi sayı 1 milyon nəfərə çatır. Onlardan siravi və çavuşların sayı 660 min nəfərdir. 100 min çavuş və əsgər müqavilə əsasında xidmət edir. 2012-ci ildə onların sayını 180 min nəfərə çatdırmaq planlaşdırılıb.
Artıq ilkin hərbi xidmət keçmədən müqavilə əsasında qulluq etmək mümkün olacaq. İlkin mərhələdə peşə məktəblərinin məzunlarını qəbul etmək planlaşdırılır. “Kontraktnik”lərin maaşı 20-35 min rubl arasında dəyişir.
azadliq.info