Rusiya prezidenti korrupsiyaya mübarizədə aciz olduğunu etiraf etdi
Mayın 7-də prezident səlahiyyətlərini təhvil verəcək Dmitri Medvedev Rusiya telekanallarına yekun müsahibəsini verib. Dmitri Medvedev yüksək dövlət postunda dörd illik fəaliyyətini dəyərləndirib və gələcək planlarını bölüşüb. Bir saat yarım çəkən müsahibədə ilk sual liberal dəyərlər və azadlıq barədə olub. Kreml rəhbəri ölkədə vətəndaş azadlığı sahəsində ciddi irəliləyişin olduğunu qeyd edib.
Rusiya prezidenti həmçinin iqtisadi vəziyyət, islahatlar, məmurların cavabdehliyi, korrupsiya ilə mübarizə, məhkəmə sistemi ilə bağlı sualları da cavablandırıb. Dmitri Medvedev Rusiya iqtisadiyyatının diversifikasiya sürətindən məmnun olmadığını deyib və bu istiqamətdə işi davam etdirəcəyinə də söz verib.
Rüşvət və korrupsiyaya qarşı mübarizədən danışan Medvedev bu istiqamətdə çox çalışmasına baxmayaraq çox az nəticə əldə etdiyini bildirib:“Səmimi söyləmək lazımdır, dövlət işçiləri bir şirkət kimidir. İşlərinə müdaxilə edilməsinin istəmirlər. Rusiyanın yüz illərdir var olan rüşvət problemi adət halını alıb”.
azadliq.info