Həma şəhərində yaşayış binası partladıldı; ölən və yaralananlar var
Suriyada atəşkəs elan olunmasına baxmayaraq ölkədə gərginlik davam edir. Müxlif fəalların verdiyi məlumata görə, ötən gün Bəşər Əsəd əleyhinə etirazların davamlı xarakter aldığı etirazların Həma şəhərində yaşayış binalarından birində partlayış baş verib. Partlayış nəticəsində azı 12 nəfərin öldüyü 20-dən çox insanın isə yaralandığı bildirilir.
Rejim əleyhdarları binanın Bəşər Əsədə sadiq təhlükəsizlik qüvvələri tərəfindən raket zərbələrinə məruz qaldığını və ölənlərin sayının 54-ə çatdığını açıqlayıb. Ölənlər arasında az yaşlı uşaqlar da var. Olay yerində çəkilmiş həvəskar kadrlarda isə sakinlərin xəsarət alanlara yardım etməsi görüntüləri yayımlanıb.
Bu arada Əsəd əleyhdarlarıyla görüşdən sonra Fransanın xarici işlər naziri Alen Jüpe BMT Təhlükəsizlik Şurasının Suriyaya hərbi müdaxilə məsələsini nəzərdən keçirməli olduğunu bildirib. Nazirin sözlərinə görə, bu ölkədə sülh planı iflasa uğrayarsa, hərbi müdaxilə qaçılmaz olacaq:“Suriyadakı vəziyyət daimi olaraq belə qala bilməz. Rejim müşadiçilərə sərbəst şəkildə fəaliyyət göstərməyə imkan verməlidir. 2013 saylı qətnamənin icrasından sonra, təxminən, mayın 5-də Kofi Annan TŞ-da məruzə edəcək. Həmin gün rejimlə bağlı gerçəklik ortaya çıxacaq. Biz sülh planının nə qədər uğurlu olub-olmadığını qəti şəkildə müəyyənləşdirəcəyik. Əgər səylərimiz uğursuz olarsa, rejimin bundan sonra bizi aldatmasına izin verməyəcəyik. Belə olan halda digər addımlar atılacaq. Biz artıq bu barədə tərəfdaşlarımızla danışıqlara başlamışıq”