ABŞ səfirliyi məşhur rus müğənnisi və Rusiya Dövlət Dumasının deputatı İosif Kabzona viza verməkdən imtina edib. ANS PRESS-in RİA“Novosti”yə istinadən verdiyi məlumata görə, buna səbəb İosif Kabzonun kriminal fəaliyyəti və ABŞ ərazisində cinayət törədən şəxslərlə əlaqələrinin olması ehtimalı göstərilib. Səfirlik bunu Kabzonun narkotik vasitələrin və kimyəvi maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, cinayət əlaqəli və gizli fəaliyyətlə məşğul olan şəxs kimi tanınması ilə əsaslandırıb.
Qanunsuz əməliyyatlarda iştirakı ilə bağlı Kabzona viza verilməsi 18 il əvvəl dondurulub. Bu il isə müğənni Nyu-York, Çikaqo və Bostonda 75 illik yubileyi ilə əlaqədar konsertlər vermək istəyirdi.
İosif Kabzon Amerika hökumətinin bütün suallarına cavab verməyə hazır olduğunu və ona qarşı heç vaxt rəsmi ittiham irəli sürülmədiyini deyib. Qastrol səfərini təşkil edən Russian-American Consulting Corporation-in prezidenti Andrey Şuranovun dediyinə görə, müğənninin ABŞ-da yaşayan on minlərlə fanatı öz sevimli müğənniləri ilə çoxdan gözlədikləri görüşə ümid edirlər.
Martın 15-də Rusiyanın paytaxtı Moskvada səfirlikdə görüşdə olan rus müğənnisinin sənədləri ətraflı baxılmaq üçün ABŞ Dövlət Deportamentinə göndərilib. Həmin müddətdə dövlət katibi Hillari Klintonun ünvanına ABŞ-da yaşayan rusdilli əhali tərəfindən İosif Kabzona viza veriliməsini xahiş edən 4 min məktub göndərilib. Bu məsələdə iddialı olan qastrol təşkilatçıları Moskvada yerləşən ABŞ səfirliyinə də müraciət ediblər.