Alman maşını “Real”ı sıradan çıxardı
Aprelin 25-də Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti cavab oyunu keçirilib. Madridin “Real” klubu öz meydanında “Bavariya”nı qəbul edib. Səfərdə rəqibinə 1:2 hesabı ilə uduzan “Real” meydana qələbə əzmi ilə çıxıb. Lakin “Bavariya” ona layiqli müqavimət göstərə bilib.
Cavab qarşılaşmasında da hesab 2:1 meydan sahiblərinin xeyrinə olub. “Real”dan 6 (penal) və 14-cü dəqiqələrda Ronaldo, “Bavariya”dan isə 27-ci dəqiqədə (penal) Roben fərqlənib. Oyunun əsas hissəi 2:1 hesabı ilə başa çatdığından və bununla da iki oyunun nəticəsinə görə bərabərlik yarandığından komandalar əlavə vaxtda oynamalı, daha sonra isə penallaşmalı olublar. Penallaşma isə 3:1 hesabı ilə “Bavariya”nın xeyrinə bitib.
Bununla da bir gün qabaq “Barselona”nı yenərək finala yüksələn “Çelsi”nin rəqibi “Bavariya” olub.