Nigar Camal Miri Yusiflə klip çəkdirib
“Eurovision 2011” qalibi Nigar Camal repçi Miri Yusiflə klip çəkdirib. ANS PRESS-in məlumatına görə, “Qal” mahnısına çəkilmiş klip SS Productionun məhsuludur. Mahnının musiqisi bəstəkar İsa Məlikova, sözləri Miri Yusifə məxsusdur.
“Qal” klipinin prodüserləri Emin Efəndi və İsa Məlikovdur.