Midhət Abbasov dəfn edildi

Dünən saat 23 radələrində görkəmli alim, ictimai-siyasi xadim Midhat Abasov 85 yaşında vəfat edib. Mərhumun cənazəsi bu gün saat 16:00-da dəfn olunması üçün “Hökumət evi”nin qarşısından Yasamal rayonundakı ikinci Fəxri Xiyabana aparılıb.

***

Azərbaycanın görkəmli alimi və ictimai-siyasi xadimi Midhət Abbasov dünən saat 23 radələrində vəfat edib. Bu barədə “Yeni Müsavat”a mərhumun dostlarından biri məlumat verib. Onun dediyinə görə, 85 yaşlı M.Abasovun xəstəliyi mart ayından şiddətlənibmiş.

Mərhum bu gün dəfn olunacaq.

M.Abbasov 1926-cı ildə doğulub. Azərbaycan Sənaye İnstitutunun neftmədən fakültəsini bitirib (1949). Texnika elmləri doktoru (1962), professor. AMEA-nın həqiqi üzvü (1980),  REA-nın müxbir üzvü (1984), Yer haqqında elmlər şöbəsinin akademik-katibi (1976-1990), AMEA-nın vitse prezidenti (1990-1997), AMEA Dərin neft-qaz yataqları İnstitutunun direktoru (1971-2003). 2003-cü ildən Geologiya İnstitutunda işləyir. Geologiya İnstitutunun baş elmi işçisidir. Azərbaycan Dövlət mükafatı laureatı adına , akademik İ.M.Qubkin adına mükafata layiq görülüb. Azərbaycanın əməkdar elm xadimidir (1990). Neft-qaz yataqlarının işlənilməsinin nəzəriyyəsi və təcrübəsi sahəsində görkəmli alimdir.

Elmi tədqiqat sahələri: Neft və qaz yataqlarının nəzəriyyəsi və işlənməsi. O bu sahədə məşhur elmi məktəbin yaradıcısı və rəhbəridir. Onun tərəfindən neft və qaz yataqlarının yeni işlənmə üsulları təklif olunub və onların layihələndirilməsinin əsas prinsipləri inkişaf etdirilib.

640-dən çox elmi nəşrlərin, 20 monoqrafiyanın, 43 müəlliflik şəhadətnaməsinin və 6 patentin müəllifidir.

Allah rəhmət eləsin!