“İrana hücum üçün hazırıq”

“2012-ci il İranın nüvə silahı proqramının dayandırılması üçün kritik bir ildir”

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Benny Gantz İsrail ordusunun İrana hücum üçün hazır olduğunu bəyan edib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Benny Gantz deyib ki, əsgərlərə düşmən ölkələrdə məxfi əməliyyatları sürətləndirmələri barədə təlimat verib.

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bildirib ki, nüvə silahına malik olmaması üçün İranı dünya və İsrail dayandırmalıdır və bu, çox pis bir zərurətdir: “Biz artıq prinsipcə hərəkətə keçməyə və əmr veriləcəyi halda İranın nüvə obyektlərini vurmağa hazırıq. 2012-ci il İranın nüvə silahı proqramının dayandırılması üçün kritik bir ildir”.