MTN Zaqatalada daha bir əməliyyat keçirdi

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) Zaqatalada növbəti əməliyyat keçirib.

Rayon hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, həyata keçirilən xüsusi əməliyyat nəticəsində Gəncədə zərərsizləşdirilən qanunsuz silahlı qruplaşmanın başçısı Vüqar Padarovun daha bir yaxın silahdaşı Anar İsfəndiyar oğlu Ramazanov tutulub.

Əməliyyatçılar A. Ramazanovun və bir müddət əvvəl MTN-in Zaqatalada həyata keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılan Rəşad Aşurovun evindən xeyli sayda silah-sursat və partlayıcı qurğular aşkar edərək götürüblər.

Əməliyyat tədbirləri davam etdirilir.