Bu gün Bakıda “Dostluq” kinoteatrının yaxınlığında Almaniyanın ZDF televiziyasının müxbiri və videooperatoru saxlanılıb.
Alman jurnalistlər Nəsimi Rayon Polis İdarəsinə aparılıb. Polis İdarəsinin nümayəndəsi bildirib ki, onlar ABŞ səfirliyinin fotosunu çəkirmişlər.
“Vəziyyətə aydınlıq gətirildikdən sonra jurnalistlər buraxılacaq”, – Nəsimi polisinin növbətçi hissəsindən Turan-a bildirilib