22 aprel mitinqi gürcü televiziyasında (VİDEO)

“PİK TV”:“Azərbaycan demokratiya tələb edir”

Gürcüsanda yaymlanan “PİK TV” kanalı İctimai Palatanın 22 aprel aksiyasından reportaj verib. Kanal İctimai Palatanın mitinqindən hazırlanmış reportajı “Azərbaycan demokratiya tələb edir” başlığıyla təqdim edib. Reportajda minlərlə azərbaycanlının islahatlar tələbiylə küçələrə axışdığı bildirilib. “PİK TV” mitinqə 15 min etirazçının qatıldığını deyib.

“PİK TV” daha sonra qeyd edir ki, İctimai Platada Azərbaycan müxalifətinin əsas qüvvələri cəmlənib. Gürcüstan televiziyası reportajda İctimai Palatanın aksiyasında səsləndirilən tələbləri də vurğulayıb:“Etirazçılar mübarizə yoldaşlarının azad olunmasınl, sərbəsət toplaşmaq azadlığının təmin edilməsini və vətəndaşların mülkiyyət hüquqlarının qorunmasını tələb ediblər. Müxalifət tərəfdarları yeni növbədənkənar parlament seçkilərinin keçirilməsi və Qarabağ probleminin həllində konkret addımların atılması tələbini qaldırıblar”.