QOÇ
Bir zamanlar sizə yardım edən adamdan kömək alacaqsınız. Alış-verişə çıxa bilərsiniz, xüsusilə də yeni geyim almaq üçün münasib gündür. Imiclə bağlı eksperimentləriniz uğurlu olacaq. Günün ikinci yarısı maraqlı romantik anlar vəd edir.
BUĞA
Istənilən səfər üçün əlverişli gündür. Şərait dəyişkənliyinin faydası dəyəcək. Gün xoş sürprizlər və yeni başlanğıclar vəd edir. Gün münasibətlərin möhkəmləndirilməsi baxımdan da məhsuldardır. Bu günə istənilən görüş təyin edə bilərsiniz.
ƏKIZLƏR
Gün yüngül, maraqlı və rahat keçəcək. Istədiyinizə çatmaq üçün daxili səsinizə inanın. Gəlirli sövdələşməyə imza atacağınız gözlənilir. Yaxınlarla ünsiyyətdə olarkən aqressiv tərzdə danışırsınız. Bu isə mübahisələrə yol aça bilər.
XƏRÇƏNG
Uğurlu gündür. Gün maliyyə məsələlərinin həlli baxımından da əlverişlidir. Köhnə tanışınızın sizə təsir etməyə çalışacağı ehtimal edilir. Ulduzlar ona müqavimət göstərməyinizi tövsiyə edir. Gün maraqlı görüş və romantik əyləncə də vəd edir.
ŞIR
Bu gün vaxtınızı maraqlı keçirəcəksiniz. Səfərə də çıxa bilərsiniz. Yol yorucu olmayacaq. Ehtimal ki, gözləmədiyiniz zamanda gəliriniz olacaq, yaxud da hədiyyə alacaqsınız. Bu gün ev işlərindən xüsusi zövq alacaqsınız.
QIZ
Bu gün qənaətcil olun. Artıq yerə pul xərcləmədiyinizin faydasını sonra görəcəksiniz. Ulduzlar günün ikinci yarısında ehtiyatlı olmağa çağırır. Bu zaman kəsiyi zədə almaq baxımından təhlükəlidir.
TƏRƏZI
Bu gün tələskənliyə yol vermək olmaz. Hər hansı şübhəli bir layihəyə görə öz planlarınızdan əl çəkməyin. Ulduzlar bildirir ki, siz etibara layiq olmayan kəslərə tez inanırsınız. Bunu özünüzə tez-tez xatırlamağınız yerinə düşər.
ƏQRƏB
Bu gün çox çalışmalı olacaqsınız. Ulduzlar bildirir ki, bunu etməyə dəyər. Bu səbəbdən yaxşı olar ki, işlərə ciddi yanaşasınız. Ən yaxın adamınız sizinlə hisslərini paylaşmayacaq. Bunu faciə kimi dəyərləndirməyin. Bu, keçici xarakter daşıyır.
OXATAN
Gün dəyişikliklərlə bağlıdır. Yeni maraqlar köhnələrin yerini tutacaq. Bu isə bürcün nümayəndələrinin əsəbi, gərgin, özünə qapılma kimi hallara düşməsinə səbəb olacaq. Xoşbəxtlikdən əhatənizdəkilər səbirlilik nümayiş etdirəcəklər. Sizi narahat edən məsələləri paylaşmaqdan çəkinməyin.
OĞLAQ
Ətrafdakılarla münasibətinizi dəyişəcəksiniz. Məlum olacaq ki, yaxınlarınız sizin həm güclü, həm də zəif tərəflərinizə yaxşı bələddirlər. Ehtimal ki, sevgi etirafı eşidəcəksiniz, yaxud da nikah kəsdirməklə bağlı gözlənilməz təklif alacaqsınız.
DOLÇA
Məsləhətlər günüdür. Bu gün yolunuza maraqlı şəxslər çıxacaq. Onlardan birilə ciddi əlaqə quracaqsınız. Yaxınlara hədiyyə almaq üçün əlverişli gündür. Bu sferada seçiminiz doğru olacaq. Ancaq özünüz üçün çətin ki, bir şey alasınız. Buna təəssüflənməyin.
BALIQLAR
Qurduğunuz münasibətlərə nəzər salın. Bu gün elə adamlara marağınız olacaq ki, əslində onlardan uzaq durmağınız məsləhətdir. Yaxınlarla təmasda olmaq sevinc gətirəcək. Sizi sevənləri yaxşı anlayacaqsınız, onları dinləməklə arzularını müəyyənləşdirəcəksiniz. Çoxdankı ailə problemini həll etmək şansınız var.

Günün ulduz falı (22.04.12)
•