Lukaşenko İlham Əliyevi təkrarlayır


“Banditləri buraxmışıq, normal adamlar isə dörd divar arasındadır”.

Belarusiya prezidenti Aleksandr Lukaşenko jurnalistlərə deyib ki, müxalifətçiləri azad etməyə hazırdır, əgər onlar əfv ərizəsi yazsalar. Lukaşenko: “Kim ki, həbsdədir və prezidentin adına ünvanlanan əfv ərizəsi yazmayıb, həbs müddətini çəkməyə davam edəcək”.

Belarusiya prezidenti bildirib ki, o, Avropa Birliyi və beynəlxalq hüquq müdafiə təşkilatlarının heç bir təzyiqinə dözməyəcək. “Daha bir təzyiq olsa, o boşboğazlar ki, azadlığa çıxıb və mənə çox sağ ol deməliydilər yenidən kaloniyaya qayıda bilərlər”. Lukaşenko davam edərək: “Məsələ Qərbin təzyiqində deyil. Əfv ərizəsi yazmasaydılar, indiyədək içəridə idilər”.

O, bəzi müxalifətçiləri bağışlamasını insani hisləri ilə bağlayıb. Müstəqillik günündə “özlərini yaxşı aparacaqlarsa” 2-3 min cinayətkarı da əfv edəcəyini bildirib. “Banditləri buraxmışıq(müxalifətçilər), normal adamlar isə dörd divar arasındadır”.

azadliq.info