İctimai Palatanın Siyəzən şöbəsi də təsis edildi

Ictimai Palatanın rayon şöbələrinin formalaşdırılması prosesi davam edir. Dünən qurumun daha bir rayon şöbəsi təsis edilib. Bu Ictimai Palatanın Siyəzən şöbəsidir.
 Məlumatı qəzetimizə AXCP Rəyasət Heyətinin üzvü Ilham Hüseynli verib. Onun sözlərinə görə, şöbə AXCP, Müsavat və Vətəndaş Həmrəyliyi partiyalarının yerli şöbələrinin iştirakı ilə təsis olunub. 7 nəfər şöbənin koordinasiya şurasına üzv seçilib.