Bakının Sulutəpə qəsəbəsində baş verən insidentlə bağlı cinayət işi başlanıb. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakının Sulutəpə qəsəbəsində qanunsuz tikililərin söküntüsünü həyata keçirən zaman evləri sökülən sakinlərlə ARDNŞ əməkdaşları arasında baş verən qarşıdurma ilə əlaqədar Rayon Polis İdarəsinin istintaq şöbəsində fakta görə Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda hadisədə günahkar olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq aparılır, zəruri izahatlar alınır.
Xatırladaq ki, ötən gün Daxili İşlər Nazirliyi Sulutəpədə 200-250 nəfər sakinin evlərin sökülməsinə etiraz edərək 7 nəfər ARDNŞ əməkdaşını döydüyü və onlara xəsarət yetirdiyi haqda məlumat yaymışdı.
Son məlumatla gümna etmək olar ki, Sulutəpə sakinlərinin susdurulması üçün onlara qarşı cinayət işi açmaq və ola bilsin onlardan bir neçəsini həbs etmək istəyirlər.
Hadisələrin gedişini diqqətdə saxlayacağıq.