“Bəşər Əsəd devrilməlidir”

İsrail Suriya diktatoru ilə bağlı mövqeyini açıqladı

Suriyada baş verənlərə nadir hallarda münasibət bildirən İsrail nəhayət qəti mövqeyini ortaya qoyub. İsrailin müdafiə naziri Ehud Barak Suriya diktatoru Bəşər Əsədin devrilməsinin çox müsbət olacağını söyləyib. Nazir “CNN”ə açıqlamasında Bəşər Əsədin legitimliyini itirdiyini və devrilməli olduğunu bildirib.

Ehud Barak Bəşər Əsədin devrilməsiylə İranın bölgədəki təsirini azalacağını, Livan və Qəzza zonasında İranın İsrail əleyhinə apardığı siyasətin ciddi zərər görəcəyini deyib:“Əsədin devrilməsi İrana böyük bir zərbə vuracaq. Onun hakimiyyətdən getməsinin müsbət nitəcələri çox olacaq”.